Azərbaycanda məmurun meyiti tapılıb

Azərbaycanda məmurun meyiti tapılıb
Hadisə 1075

Saatlı Su Kanal idarəsi rəisinin meyiti tapılıb.

Yaxınlarının APA-ya verdiyi məlumata görə, idarənin rəisi Üzeyir Kazımovun meyiti bu gün səhər saatlarında Saatlı rayonu ərazisində su kanalının yaxınlığında yerləşən bağ sahəsində ağacdan asılmış vəziyyətdə aşkarlanıb.

Bildirilir ki, dünən saat 21 radələrindən sonra Ü. Kazımovun telefonuna zəng çatmayıb. Yaxınlarının apardığı axtarışlar nəticəsində o, bu gün səhər asılmış vəziyyətdə tapılıb.   

Yaxınları onun asılaraq öldürüldüyünü ehtimal edirlər. Bundan başqa, meyit tapılandan sonra polisin hadisə yerimə gec gəlməsi də mərhumun yaxınlarının narazılığına səbəb olub.

BAKU.WS

Oxşar xəbərlər

Bakıda zibillikdən uşaq meyiti tapılıb

Bakıda zibillikdən uşaq meyiti tapılıb

Bakıda zibillikdən yeni doğulmuş uşaq meyiti aşkarlanıb. BAKU.WS Bizimyol.info-ya istinadən xəbər verir ki, hadisə şahidlərinin verdiyi məlumata görə, dünən gü...

2333 Hadisə 09:42 10 noyabr 2016

Son xəbərlər