Türk dünyasının Novruz Əmisi öldü
20
sen
2018
13:30
Bu gün müstəqil Azərbaycanın ilk polis rəislərindən, milli azadlıq hərəkatının iştirakçısı Novruz Həsənov vəfat edib. BAKU.WS xəbər verir ki, onun ölümü barədə dostları sosial şəbəkədə məlumat veriblər. Türk Dünyasının “Novruz Əmisi" kimi tanınan Həsənov uzun sürən ağır xəstəlikdən sonra 70 yaşında dünyasını dəyişib.1948-ci ilin martında Tovuzun Bozalqanlı kəndində doğulub. BDU-nun hüquq fakültəsini bitirib. DİN orqanlarında müxtəlif vəzifələrdə çalışıb. Nüfuzlu polis zabiti olub. Azərbaycanın müstəqilliyi uğrunda milli azadlıq hərəkatı başlayanda, ona ilk dəstək verənlərdəndir. Hərəkatın lideri Əbülfəz Elçibəyin yaxın dostu olaraq AXC-nin regional təşkilatlarının qurulmasında xidmətlər göstərib. Erməni işğalına qarşı xalq müqavimətinin təşkilatçılarındandır. 1992-93-cü illərdə Tovuzda polis rəisi vəzifəsində çalışıb. Ölkə rəhbərliyinin tapşırığı ilə Tovuzun Kirən kəndində qurduğu “Ruzigar” düşərgəsi, türk dünyasının əfsanəsi adını qazanıb. Türkiyədən gələn döyüşçülərdən təşkil olunan “Ruzigar”kampı bölgədə gedən hərbi əməliyyatlarda böyük rol oynayıb.Xocalı soyqırımının ilk ildönümündə Ermənistan ərazisinə girib, türk döyüşçülərlə düşməndən layiqli qisas almaq üçün geniş əməliyyatı hazırlayan məhz Novruz Həsənov olub. 1994-cü ildən başlayan, on üç illik məcburi mühacirətdən sonra Azərbaycan prezidenti İlham Əliyevin birbaşa müdaxiləsi ilə vətənə qayıdan Novruz Həsənov, xidmətlərinə görə ülküçü camiədə və ölkədə Novruz Əmi kimi qəbul olunub.Allah rəhmət etsin!Zülfiyyə QurbanovaBAKU.WS
Oxşar xəbərlər
Əbülfəz Elçibəyin vəfatından 18 il ötür
Bu gün milli azadlıq hərəkatının rəhbərlərindən biri, Azərbaycan Xalq Cəbhəsinin lideri və Azərbaycanın ikinci Prezidenti Əbülfəz Elçibəyin vəfatının növbəti il...