Azərbaycanda 36 yaşlı məhkəmə hakimi vəfat edib

Azərbaycanda 36 yaşlı məhkəmə hakimi vəfat edib
Hadisə 3886

Yasamal Rayon Məhkəməsinin hakimi Mətanət Qasımova vəfat edib.

Bu barədə "Report”a həmin məhkəmədən məlumat verilib.

Məlumata görə, 36 yaşlı M.Qasımova uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib.

Qeyd edək ki, Qasımova Mətanət Eynulla qızı 1980-ci ildə anadan olub. 2002-ci ildə Bakı Dövlət Universitetinin Hüquq fakültəsini bitirib. Binəqədi Rayon Məhkəməsində, Ali Məhkəmədə, Xətai Tikinti Mexanizasiya ASC-də, Xəzər Rayon Məhkəməsində müxtəlif vəzifələrdə çalışıb. 2013-cü ildən Yasamal Rayon Məhkəməsinin hakimi idi.

BAKU.WS

Son xəbərlər