Tovuzda orta məktəbdə 20-dən çox şagird zəhərlənib
19
dek
2024
12:01
Tovuz rayon Aşağı Quşçu kənd 1 nömrəli tam orta ümumtəhsil məktəbinin 2 sinfində pelet sobasının tıxanması tüstülünməyə səbəb olub. Qazax-Tovuz Regional Təhsil İdarəsindən BAKU.WS-ə verilən məlumata görə, məktəbdə əvvəlcədən yanğın təhlükəsizliyi ilə bağlı görülmüş tədbirlər sayəsində hadisənin yayılmasının qarşısı alınıb, şagirdlər və müəllimlər təxliyyə planına uyğun olaraq təhlükəsiz yerə təxliyyə ediliblər. Tovuz rayonu üzrə təhsil sektorunun əməkdaşları hadisə yerindədir. Tüstülənmə nəticəsində 20-nəfərə yaxın şagird özünü pis hiss edib və təcili-tibbi yardıma müraciət edilib. Onların səhhəti diqqət mərkəzində saxlanılır. Hazırda aidiyyəti qurum tərəfindən hadisənin başvermə səbəbləri araşdırılır. Tədris prosesinin fasiləsizliyini təmin etmək üçün zəruri tədbirlər görülür.
***11.44
Tovuz rayonu Aşağı Quşçu kənd orta məktəbində 15-dən çox şagird zəhərlənib.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, zərərçəkənlər xəstəxanaya çatdırılıb.
Onların yanacaq sobasının tüstüsündən zəhərləndiyi bildirilib.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Bakı sakininə qarşı 60 min dollar dələduzluq edilib
Bakı sakininə qarşı 60 min ABŞ dolları məbləğində dələduzluq edilib. Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, Səb...