TƏHLÜKƏLİ YANĞIN: İki nazirliyin əməkdaşları gecəboyu Zaqatalada olub (VİDEO)

TƏHLÜKƏLİ YANĞIN: İki nazirliyin əməkdaşları gecəboyu Zaqatalada olub (VİDEO)
Video
Hadisə 2079
Zaqatala meşələrində güclü yanğın baş verib. Yanğın 1 sutka davam edib. Hadisə yerinə dərhal Ekologiya və Təbii Sərvətlər və Fövqəladə Hallar Nazirliklərinin əməkdaşları cəlb olunub. Bu barədə BAKU.WS-ə ETSN-dən məlumat verilib. Qeyd olunur ki, sentyabr 24-də saat 18:10 radələrində Zaqatala Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin Tala meşəbəyliyinin 3 saylı dolayının yüksək dağlıq ərazisində baş vermiş yanğın sentyabrın 25-də səhər saat 06:45 radələrində Ekologiya və Təbii Sərvətlər və Fövqəladə Hallar Nazirliklərinin əməkdaşlarının ciddi səyləri nəticəsində söndürülüb. Yanğın zamanı təqribən 3 hektara yaxın ərazidə quru ot örtüyü və kol-kos yanıb. Yanğının hansı səbəbdən baş verməsi və dəymiş ziyanın həcminin müəyyən olunması məqsədilə araşdırma aparılır. BAKU.WS

Oxşar xəbərlər

Qəbələdəki böyük yanğın nəhayət ki, nəzarətə götürüldü (RƏSMİ)

Qəbələdəki böyük yanğın nəhayət ki, nəzarətə götürüldü (RƏSMİ)

Oğuz Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin (MMBM) Xaçmaz meşəbəyliyinin 3 saylı dolayında baş vermiş yanğın gecə saat 4 radələrində tam olaraq söndürülüb.Eko...

1043 Hadisə 13:30 04 sentyabr 2017

Son xəbərlər