Telman İsmayılov barəsində həbs qərarı çıxarılıb
11
noy
2017
14:08
Moskva şəhərinin Basman rayon məhkəməsi azərbaycanlı iş adamı, Çerkizov bazarının keçmiş sahibi Telman İsmayılovun həbsinə dair qərar çıxarıb.BAKU.WS APA-ya istinadən xəbər verir ki, T.İsmayılovun vəkili Marina Rusakova bildirib ki, T. İsmayılov sahibkarlar Vladimir Savkin və Yuri Brilyovun qətlində təqsirləndirilir.Məlumata görə, məhkəmə bu qərarı oktyabrın 30-da çıxarıb. Qiyabi qəbul edilən həbs qərarı ilə əlaqədar apellyasiya məhkəməsinə müraciət edilib. Apellyasiya şikayətinə noyabrın 15-də baxılacaq.Bildirilir ki, T.İsmayılov həm də qanunsuz silah dövriyyəsində təqsirləndirilir. Azərbaycanlı iş adamı artıq beynəlxalq axtarışa verilib.Xatırladaq ki, ötən ilin yazında baş verən qətl hadisələri ilə bağlı Telman İsmayılova məxsus 12 ünvanda yoxlamalar həyata keçirilib, onun qardaşı Rafiq İsmayılov həbs edilib.BAKU.WS
Oxşar xəbərlər
Telman İsmayılovun oğlunun 2 milyonluq avtomobilinə həbs qoyuldu (VİDEO)
"Mardan Palace" otel şəbəkəsinin sahibi, məşhur iş adamı Telman İsmayılovun oğlu Sərxan İsmayılova məxsus "Rolls - Royce" marka avtomobilə həbs qoyulub. BAKU.WS...