Azərbaycanlı milyarder Telman İsmayılovun yeri məlum oldu (FOTO)

Azərbaycanlı milyarder Telman İsmayılovun yeri məlum oldu (FOTO)
Şou-biznes 4052

Tanınmış iş adamı, AST Şirkətlər Qrupunun prezidenti, Çerkizov bazarının keçmiş sahibi Telman İsmayılovun sosial şəbəkələrdə şəkli yayılıb. 

BAKU.WS məlumat verir ki, müğənni Xəyyam Nisanov İsmayılovla birgə fotosunu şəxsi İnstaqram hesabında paylaşıb. Müğənni yeni ili İsmayılovla birgə Fransada qeyd edib:

"Hörmətli və xeyirxah insan Telman müəllim, artıq neçənci ildir ki, yeni ilin ilk günlərini sizinlə bir yerdə keçiririk. Sizin qonağınız olmaq mənim üçün böyük şərəfdir!",- deyə Nisanov yazıb. 

Qeyd edək ki, bir müddət əvvəl mətbuatda Telman İsmayılovun rəsmən müflis olunduğu barədə məlumatlar yer almışdı. Telman İsmayılov iflasa uğraması barədə Moskva vilayəti Arbitraj məhkəməsinə ərizə ilə müraciət etmişdi. 

Ayşən Ayxan

BAKU.WS

Oxşar xəbərlər

Telman İsmayılov müflis elan edildi

Telman İsmayılov müflis elan edildi

Moskva Arbitraj Məhkəməsi Telman İsmayılovun müflis olduğunu təsdiqləyib. BAKU.WS-in məlumatına görə, bu barədə RBK agentliyi informasiya yayıb. Verilən məluma...

1680 Sosial 16:03 21 dekabr 2015

Son xəbərlər