AST Telmanın qardaşı həbs olundu - Biznesmenlərin qətlinə görə
21
noy
2016
10:01
Azərbaycanlı biznesmen Telman İsmayılovun qardaşı Rafiq İsmayılov Rusiyada həbs edilib.
BAKU.WS qafqazinfo-ya istinadən xəbər verir ki, Rafiq İsmayılov paytaxt biznesmenlərinin güllələnməsində təqsirli bilinir. Hüquq-mühafizə orqanları İsmayılovu ticarət komplekslərinin sahibi Vladimir Savkin və "Lublino motors"un təsisçi Yuri Brilevin qətlində şübhəli hesab edir. İsmayılov və onunla əlbir olan Mehman Kərimova "iki və daha artıq şəxsin öldürülməsi" maddəsi ilə ittiham irəli sürülüb.
Qeyd edək ki, hər iki qətl hadisəsi ötən il mayın 26-da baş verib.
Oxşar xəbərlər
Daha iki azərbaycanlı oliqarxı Telman İsmayılovun gününə saldılar
Moskvanın Presnensk rayon məhkəməsi Azərbaycan əsilli biznesmen Roman Manaşirovun barəsində çıxarılmış həbs qətimkan tədbirini avqustun 19-na qədər uzadıb. O,...