Söyüşə görə həmkəndlisini öldürmdüşdü, 17 il həbs cəzası verildi
Həmkəndlisini qətlə yetirməkdə təqsirləndirilən Şəhliyar Bayramlının cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, Şəki Ağır Cinayətlər Məhkəməsində hakim Tural Əfəndizadənin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, təqsirləndirilən şəxs 17 il müddətə azadlıqdan məhrum edilib.
Hadisə ötən il aprel ayında Yevlax rayonunda baş verib. Mübahisə nəticəsində təqsirləndirilən Şəhliyar Bayramlı həmkəndlisi Musa Orucovu bıçaqlayaraq qətlə yetirib.
Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürmə) 221.3-cü (xuliqanlıq, silah qismində istifadə olunan əşyalardan istifadə etməklə törədildikdə), 228.4-cü maddələri ilə ittiham edilib.
Qeyd edək ki, mediada yayılan məlumatlara görə, qətl hadisəsi söyüş üstündə baş verib.
Oxşar xəbərlər
Respublika Psixiatriya Xəstəxanasında ÖLÜM
Respublika Psixiatriya Xəstəxanasında ölüm hadisəsi baş verib. Oxu.Az Lent.az-a istinadən xəbər verir ki, orada müalicə alan 33 yaşlı Tural Günəşov naməlum şəra...