Şəkidə məktəbdə təcrübə zamanı müəllim və şagirdlər XƏSARƏT ALDILAR
06
dek
2024
21:56
Bu gün Şəki şəhər Fizika-riyaziyyat və humanitar təmayüllü liseyin kimya kabinetində 11-ci sinifdə keçirilən dərs zamanı sınaq şüşəsi çatlayaraq sınıb.
Oxu.Az xəbər verir ki, Şəki-Zaqatala Regional Təhsil İdarəsindən "Azərbaycan müəllimi"nə bildirilib ki, buna səbəb təcrübə aparılarkən kimyəvi reaksiya ilə əlaqədar olaraq yaranan qızma olub.
Bu zaman fənn müəllimi və 4 şagird yüngül xəsarət alıb.
Dərhal təcili tibbi yardıma müraciət olunub, müəllim və şagirdlərə ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıblar.
Oxşar xəbərlər
"Başını kəsmişdi, saçları üzünə tökülmüşdü" - Şəhanənin qətlə yetirildiyi evdən görüntülər
Sumqayıtın Corat qəsəbəsində ərinin həyat yoldaşını qətlə yetirməsi ilə bağlı hadisənin bəzi təfərrüatı məlum olub. BAKU.WS "Azad Azərbaycan" (ATV) telekanalına...