Reper Ruzigar "Mal-Mal" mahnısına görə həbs edildi

Reper Ruzigar Mal-Mal mahnısına görə həbs edildi
Hadisə 2124
"Ruzigar" ləqəbi ilə tanınan reper Aydın Hüseynov polis tərəfindən saxlanılıb. Bu barədə reperin produseri Orxan BAKU.WS-ə məlumat verib. Produserin sözlərinə görə, reperin saxlanılmasına oxuduğu "Mal-Mal" mahnısı səbəb olub. Mahnıda narkomaniya təbliğ olunduğu üçün reper Sumqayıt Şəhər Baş Polis İdarəsinə aparılıb. Reperin narkomaniyaya çağırış etdiyi əsas gətirilərək haqqında inzibati qaydada həbs qərarı verilib. Qeyd edək ki, bir müddət öncə “Kazbek” meyxanasını oxumaqla tanınan “Vüqar Səda” ləqəbli Vüqar Abdullayev inzibati qaydada cəzalandırılıb. Sumqayıt Şəhər Məhkəməsinin qərarı ilə ona 30 sutka inzibati həbs cəzası verilib.BAKU.WS

Oxşar xəbərlər

“Kazbek” meyxanasını oxuyan Vüqar Sədaya verilən cəza bilindi - QƏRAR

“Kazbek” meyxanasını oxuyan Vüqar Sədaya verilən cəza bilindi - QƏRAR

“Kazbek” meyxanasını oxumaqla tanınan “Vüqar Səda” ləqəbli Vüqar Abdullayev inzibati qaydada cəzalandırılıb.“Report”un Sumqayıt-Abşeron müxbiri xəbər verir ki,...

14557 Hadisə 10:55 03 aprel 2019

Son xəbərlər