"Quru meyvə" adı ilə 112 kiloqramdan artıq narkotiki ölkəyə keçirmək istədilər
Astara Gömrük İdarəsinin əməkdaşlarının həyata keçirdiyi tədbirlər nəticəsində xüsusilə külli miqdarda narkotik vasitə aşkar edilərək qanunsuz dövriyyədən çıxarılıb.
BAKU.WS xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb.
Bildirilib ki, "qarışıq meyvə qurusu" yükü aparan nəqliyyat vasitəsinə "Astara" gömrük postunda stasionar rentgen qurğusu və kinoloji xidmət itinin tətbiqi ilə əsaslı gömrük yoxlaması həyata keçirilib.
Yoxlama zamanı nəqliyyat vasitəsində üzəri quru meyvə ilə örtülərək gömrük nəzarətindən gizlədilən ümumi təmiz çəkisi 112 kiloqram 529 qram xüsusilə külli miqdarda narkotik vasitə - marixuana aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.
Qalereya
Oxşar xəbərlər
Qaradağ kanalında batan şəxsin meyiti tapılıb
Qarabağ kanalının Bərdə rayonundan keçən hissəsində iyulun 17-də batan 1967-ci il təvəllüdlü Bünnətov Rəsul İbiş oğlunun meyiti tapılıb. Bu barədə BAKU.WS-ə Föv...