Qazaxıstana aparılan avtomobillər Bakı-Quba-Rusiya yolunda YANDI
Ötən gecə Bakı-Quba-Rusiya Federasiyası dövlət sərhədi ödənişli avtomobil yolunda avtomobillər daşıyan maşın yanıb.
Bu barədə görüntülər BAKU.WS-in "qaynar xətti"nə daxil olub.
Bildirilib ki, Qazaxıstana aid minik avtomobilləri dasıyan yük maşını yanıb. Nəticədə avtodaşıyıcıda olan bir neçə "Toyota" markalı maşınlar yanaraq yararsız vəziyyətə düşüb.
Hadisə ilə bağlı Fövqəladə Hallar Nazirliyindən (FHN) verilən məlumata görə, Siyəzən rayonunda (Bakı-Quba ödənişli avtomobil yolunun 95-ci kilometrliyi) "Mercedes" markalı yük avtomobilinin qoşqusunda (qoşqu sürücü tərəfindən avtomobildən ayrılıb) olan 5 ədəd "Toyota" markalı minik avtomobili və qoşqunun yanar hissələri yanıb. Qoşquda olan digər 3 avtomobil yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Hadisə yerindən görüntüləri təqdim edirik:
Oxşar xəbərlər
İrandan Azərbaycana 12 kiloqrama yaxın narkotikin keçirilməsinin qarşısı alınıb
Külli miqdarda narkotik vasitənin İrandan Azərbaycana keçirilməsinin qarşısı alınıb. BAKU.WS xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi...