"Qanuni oğru"lar Lənkəranskinin düşmənlərinə qarşı birləşdi - 26 ildə ilk (FOTO)

Qanuni oğrular Lənkəranskinin düşmənlərinə qarşı birləşdi - 26 ildə ilk (FOTO)
Hadisə 7308

 

Türk və çeçen "qanuni oğrular" Moskvadakı meyvə-tərəvəz bazarlarından və ticarət obyektlərindən gələn gəlirə görə birləşmək qərarı verib.

BAKU.WS-in məlumatına görə, bu, son 26 il ərzində ən böyük birləşmə kimi qəbul edilir. 

Sputnik-in iddiasına görə, Berlində keçirilən "sxodka"da türk və çeçen "qanuni oğru"lar qərar verərək aqustda öldürülmüş azərbaycanlı "qanuni oğru" Rövşən Caniyevin (Rövşən Lənkəranski) düşmənlərinə qarşı birləşiblər. 

"Qanuni oğru" Xamzat Qastamirov (Şeyx Xamzat) Almaniyada yaşayan türk mafiyalarından birinin başçısı Bülent Bafralinin dəstəsi ilə birləşib. Məlumata görə, çeçenlər və türklər 2013-cü ilin yanvarında öldürülmüş Aslan Usoyanın (Ded Xasan) dəstəsinə qarşı birləşib. 

Qeyd edək ki, Rövşən Lənkəranskinin ölüm əmrini Ded Xasanın dəstəsindən olan "Şakro Maladoy"un verdiyi iddia olunur.

Перейдя по ссылке вы можете ознакомиться со статьей на русском языке

BAKU.WS 

Son xəbərlər