Lənkəranskinin "ölüm fərmanı"nı verən "qanuni oğru"ya ağır zərbə

Lənkəranskinin ölüm fərmanını verən qanuni oğruya ağır zərbə
Hadisə 30804

 

Moskvada "qanuni oğru" Şakro Maladoyun dəstəsindən olan 5 silahlı şəxs saxlanılıb.

BAKU.WS-in məlumatına görə, bu haqda Rusiya Daxili İşlər Nazirliyinin yaydığı məlumatda qeyd edilir. 

Nazirliyin məlumatına görə, qruplaşmanın iştirakçıları Şakro Maladoy adından istifadə edərək sahibkardan zorla 10 milyon rubl alıb. Bu fakt üzrə cinayət işi açılıb. 

Cinayətkar qruplaşma şəxsi mühafizə təşkilatı adı ilə hərəkət edirmiş. Qanunsuz silah gəzdirən şübhəli şəxslər sahibkarlara təzyiq göstərib. Nazirliyin məlumatında qeyd edilir ki, dəstənin lideri cinayətkar yoldaşlarını xüsusi olaraq seçib. Qruplaşmanın demək olar ki, bütün iştirakçıları Moskva sakinləridir. Onlar təkbətək döyüşlər üçün idman zalı ilə təmin olunub. 

Şübhəli şəxslər amansızcasına hərəkət edib, bəzi hallarda hətta dəmir çubuqdan istifadə edərək sahibkarlara təzyiq göstərib. Bundan başqa, saxlananlardan hərbi təyinatlı silahlar götürülüb, həmçinin onların qeyri-qanuni fəaliyyətini təsdiq edən sənədlər və audioyazılar aşkarlanıb. 

Qeyd edək ki, Şakro Maladoy azərbaycanlı "qanuni oğru" Rövşən Lənkəranskinin ölümünü sifariş verən şübhəlilər arasında ilk sıradadır. 

Перейдя по ссылке вы можете ознакомиться со статьей на русском языке

Nazim Babayev

BAKU.WS

Son xəbərlər