Lənkəranskinin ardınca killerlər başqa “oğru”ların ovuna çıxıb
İstanbulda güllələnən Rövşən Canıyevdən başqa killerlər bir sıra "qanuni oğru"ların ovuna çıxıblar.
Bu barədə "Rosbalt”a mövcud dairələrdəki vəziyyətə yaxından bələd olan mənbə bildirib.
Mənbənin məlumatına görə, "qanuni oğru” Rövşən Canıyevin qətli ilə kriminal müharibə sona çatmayacaq.
"Killerlər Rövşənin daxil olduğu klana aid bir qrup "qanuni oğru"nun qətlinə dair "sifariş” alıblar. Onların arasında Antalyada yaşayan Merab Canqveladze də var. Killerlər onu da izləyirlər.
Bundan başqa Cemal Mikeladze də - hazırda Rusiyadan İtaliyaya ekstradisiyasını gözləyir,- həbsxananın astanasından çıxan kimi gülləyə tuş gələ bilər",- deyə agentliyin həmsöhbəti bildirib.
virtualaz
Oxşar xəbərlər
Rövşən Lənkəranskinin 5 il əvvəlki videosu - polisi belə "doladı" (VİDEO)
Türkiyənin İstanbul şəhərində naməlum şəxslər tərəfindən güllənərək öldürüldükdən sonra "qanuni oğru" Rövşən Lənkəranski barədə görüntülər yayılır. BAKU.WS-in...