Polisin rənglədiyi defislər silindi: Buna görə sürücülər cərimə ediləcəkmi? (VİDEO)

Polisin rənglədiyi defislər silindi: Buna görə sürücülər cərimə ediləcəkmi? (VİDEO)
Video
Hadisə 8626
Dövlət Yol Polisi əməkdaşları tərəfindən boyanan avtomobil nömrələrinin üzərinə həkk olunmuş defis simvollarının rənginin silindiyi iddia edilir. Belə bir iddianı BAKU.WS-ə sürücülər bildiriblər. Onların sözlərinə görə, maşını avtoyuma mərkəzində yuduqdan sonra qeyd edilən defisin rəngi ciddi şəkildə zədələnir. Məsələ ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polkovnik Kamran Əliyevlə əlaqə saxladıq. Kamran Əliyev BAKU.WS-ə DYP əməkdaşları tərəfindən rənglənən defislərin yuyulan zaman silindiyini təkzib edib. “Sınaqdan keçirilib. Onu başqa maddələrlə silməsələr su ilə heç bir halda silinən deyil. Silinibsə, adi boya ilə də bərpa etmək mümkündür. Kiminsə, şübhəsi varsa, istədiyi yerdə rənglədə bilər”, - Kamran Əliyev qeyd edib. BAKU.WS

Son xəbərlər