"Neftqaztikinti" trestində qəza: ölən var

Neftqaztikinti trestində qəza: ölən var
Hadisə 1946

 

İyulun 26-da saat 18-00 radələrində Palçıq pilpiləsi yatağında 1043-1284 nömrəli meydançalararası estakadanın təmiri zamanı ekskavator-kranla dirək borusu (svay) qaldırilarkən tarazlığın pozulması nəticəsində kran aşaraq dənizə düşüb və 5-ci dərəcəli quraşdırıcı (briqadir) Namik Məmmədov da kranla birgə dənizə düşərək suda boğulub.

BAKU.WS SOCAR-ın saytına istinadən xəbər verir ki, N.Məmmədovun meyiti dalğıclar tərəfindən dənizdən çıxarılıb, lazımi prosedurlar aparılıb.

Hadisənin baş vermə səbəbləri yaradılmış komissiya tərəfindən araşdırılır. Əlavə məlumat veriləcək.

BAKU.WS

Oxşar xəbərlər

Müdafiə Sənayesi Nazirliyi zavoddakı partlayışla bağlı yeni MƏLUMAT YAYDI

Müdafiə Sənayesi Nazirliyi zavoddakı partlayışla bağlı yeni MƏLUMAT YAYDI

Müdafiə Sənayesi Nazirliyi Şirvanda zavodda baş verən partlayışla bağlı məlumat yayıb. Nazirlikdən BAKU.WS-ə verilən məlumata görə, iyulun 26-da saat 15:35 rad...

1401 Hadisə 18:17 26 iyul 2016

Son xəbərlər