SOCAR-da faciə: Fəhlə kranın altında qaldı
SOCAR-ın Nəqliyyat İdarəsinin çilingəri aldığı xəsarətdən dünyasını dəyişib.
SOCAR-dan BAKU.WS-ə verilən məlumata görə, bu gün Nəqliyyat İdarəsinin 5 saylı Texnoloji Nəzarət Departamentində çilingər işləyən Muradov Ələddin Paşa oğlu Zığ-2 istehsalat sahəsində "Senebogen” markalı qaldırıcı kranı demontaj edərkən sırğortalayıcı tədbirləri həyata keçirmədən seksiyaları birləşdirən barmaqları çıxarıb və bu zaman açılan seksiya onun baş nahiyəsinə düşərək xəsarət yetirib.
O, aldığı xəsarətdən dünyasını dəyişib.
Hadisənin baş vermə səbəbləri yaradılmış komissiya tərəfindən araşdırılır.
BAKU.WS
Oxşar xəbərlər
Azərbaycanda 11-ci sinif şagirdi güllələndi - YENİLƏNİB
Tovuz rayonunda 11-ci sinif şagirdi güllə ilə vurulub. Baş Prokurorluğun mətbuat xidmətindən BAKU.WS-ə verilən Qalaboyun kənd sakini, 1999-cu il təvəllüdlü Mə...