SOCAR itkin düşən 3 neftçiyə 15 min pul verdi

SOCAR itkin düşən 3 neftçiyə 15 min pul verdi
Sosial 777

 

SOCAR "Neft Daşları”nda itkin düşmüş 3 neftçinin ailəsinə birdəfəlik maddi yardım verilməsini öz üzərinə götürüb.

 

BAKU.WS-in məlumatına görə,  baş vermiş qəza zamanı

SOCAR-ın Nəqliyyat İdarəsinin itkin düşmüş əməkdaşları - buxar aqreqatının maşinisti Cavad Xudaverdiyev, səyyar aqreqatın matorçuları Bəhmən Cəfərov və Rövşən Məmmədovun ailələrinə SOCAR tərəfindən 15 000 manat məbləğində birdəfəlik maddi yardım ayrılıb. 

Xatırladaq ki, Xəzər dənizində güclü tufan "Neft daşları”nda qəzaya səbəb olub. Dekabrın 4-də saat 12.30 radələrində "Neft Daşları” NQÇİ-nin 501 nömrəli özülündə qəza baş verib. 

Güclü tufan nəticəsində dalğalar estakada döşəməsini üstündəki yaşayış budkası ilə birlikdə uçurub dənizə atıb. Hadisə baş verərkən buxar aqreqatının maşinisti 1971-ci il təvəllüdlü Cavad Xudaverdiyev, səyyar aqreqatın matorçuları-1961-ci il təvəllüdlü Bəhmən Cəfərov və 1974-cü il təvəllüdlü Rövşən Məmmədov budkada olub. 

BAKU.WS 

Son xəbərlər