Bakı bulvarında qadın özünü dənizə atdı (VİDEO)
Bakı bulvarında gənc qadın özünü dənizə atıb. BAKU.WS-in ANS TV-yə istinadən verdiyi məlumata görə, Bakı bulvarında "Günəşli” yatağında həlak olan və itkin düşən neftçilərin anımı keçirilən ərazidə inthara cəhd olub. Hələlik şəxsiyyəti bəlli olmayan 35-40 yaşlarında bir qadın estekadadan özünü dənizə atıb. Qadının boğulduğunu görən ətrafdakı insanlardan iki gənc oğlan onu xilas etməyə can atıb. Qadını köməkliklə kənara çəkən gənclər rezin su borusu ilə yuxarı qalxmağa çalışıblar. Lakin boru onların ağırlığına tab gətirməyib. Bu ərəfədə isə Dövlət Sularında Xilasetmə Xidmətinə də məlumat verilib. Xidmətin xilasedici kater birqadası suda olan hər üç nəfəri yedəyə alaraq, sahilə çıxarıb. Daha sonra təcili tibbi yardım briqadası ilə onlar xəstəxanaya aparılıblar. BAKU.WS
Oxşar xəbərlər
Gənc qız Bulvarda selfi çəkərkən dənizə düşdü (VİDEO)
Gənc qız selfi çəkdirmək istəyərkən dənizə düşüb. BAKU.WS musavat.com-a istinadən xəbər verir ki, hadisə saat 14:30 radələrində Dənizkənarı Milli Parkda baş ve...