Naxçıvanda 75 yaşlı qadını öldürüb quyuya atdılar - Həmcinsi tutuldu

Naxçıvanda 75 yaşlı qadını öldürüb quyuya atdılar - Həmcinsi tutuldu
Hadisə 270

Naxçıvan MR Fövqəladə Hallar Nazirliyinə Şərur rayonunun Oğlanqala kəndində 1 nəfərin meyitinin quyudan çıxarılması üçün müraciət daxil olub.

BAKU.WS Qafqazinfo-ya istinadən xəbər verir ki, FHN-nin verdiyi məlumata əsasən, Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunublar. Həyata keçirilən tədbirlərlə meyit dərinliyi təqribən 35 metr olan su quyusundan (içərisində su olmayan) çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Teleqraf.az-ın məlumatına görə, quyudan meyiti tapılan qadının qətlə yetirildiyi məlum olub. Belə ki, ölən şəxs 1950-ci il təvəllüdlü Zeynəb İbrahim qızı İsmayılovadır. Onun qətlində şübhəli bilinən həmkəndlisi, 1986-cı il təvəllüdlü Aypara Rüstəm qızı Əskərova saxlanılıb.

Bildirilib ki, qətl hadisəsi aprelin 20-si baş verib. 75 yaşlı qadın qətlə yetirilib və cinayət izini itirmək məqsədilə meyit quyuya atılıb.

Hadisənin pul üstündə törədildiyi iddia olunur.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Azərbaycanda ağır qəza - Ölən və yaralananlar var

Azərbaycanda ağır qəza - Ölən və yaralananlar var

Lənkəranda TIR mikroavtobus ilə toqquşub, ölən və yaralananlar var. BAKU.WS "Report"a istinadən xəbər verir ki, hadisə Ələt-Astara magistralının 155-ci kilometr...

200 Hadisə 23:27 16 sentyabr 2026

Son xəbərlər