Məktəblərdə attestat pulu kimin cibinə gedir?
Bir sıra məktəblərdə 11-ci sinfi bitirən şagirdlərdən 25 manat attestat pulu yığılır. Bunun qanuni olduğunu düşünən bir çox valideynlər isə tələb olunan məbləği verirlər. Redaksiyamıza Xırdalanda yerləşən 2 saylı orta məktəbdən daxil olan şikayətdə belə deyilir.
BAKU.WS bildirir ki, Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Cəsarət Valehov musavat.com-a açıqlamasında bu pulun qanunsuz olaraq yığıldığını dedi: "Bu cür hal varsa, bizə yazılı qaydada müraciət etsinlər. Biz məsələni araşdıraq. Bu pulun yığılmasından Təhsil Nazirliyinin xəbəri yoxdur. Hansısa məktəb barədə bu cür fakt, konkret şikayət varsa, ad-soyadlarını qeyd etmək şərti ilə bizə yazılı müraciət etsinlər. Bizim daxili nəzarət şöbəmiz var. Biz şikayəti həmin şöbənin xidməti araşdırmasına verək araşdırsın və müvafiq tədbir görülməsi ilə bağlı göstəriş verək".
Oxşar xəbərlər
ŞOK: Məktəb müəllimlərindən büdcə adı ilə pul yığılır - Müdir təsdiqlədi
Şəmkirdə məktəb müəllimlərindən pul yığılır. ANS PRESS-in məlumatına görə, bütün Şəmkir məktəblərində işləyən müəllimlərdən 150-180 manat civarında pul tələb ol...