Bakının məşhur məktəbilə bağlı növbəti aksiya- Mer oranı park etmək istəyir

Bakının məşhur məktəbilə bağlı növbəti aksiya- Mer oranı park etmək istəyir
Sosial 1691

  Bu gün bir qrup valideyn bir müddət əvvəl sökülən 20 nömrəli məktəbin qarşısında aksiya keçiriblər. BAKU.WS-in Qafqazinfo saytına istinadən verdiyi məlumata görə, valideynlər sökülən məktəbin yenidən öz yerində tikilməsini tələb edirlər:  "Uşaqlarımızı başqa yerə aparmağa imkanımız yoxdur. Ona görə də tələb edirik ki, məktəb yenidən burada tikilsin”. Onlar problemlə bağlı ölkə prezidenti İlham Əliyevə, birinci xanım Mehriban Əliyevaya da müraciət ediblər. Xatırladaq ki, bir il bundan öncə 20 nömrəli məktəb sökülüb.  Məktəbdə təhsil alan şağirdlərin  "Gənclik” mertosu yaxınlığındakı ehtiyat məktəbə köçürüləcəyi bildirilirdi. Bakı meri Hacıbala Abutalıbov sökülən məktəbin yerində park salıncağını ilə bağlı verdiyi açıqlama valideynlərin narazılığına səbəb olmuşdu. Təhsil naziri Mikayıl Cabbarov isə bu məsələdə anlaşılmazlığın olduğunu və heç bir problem olmayacağını bildirmişdi: "Məktəb tikintisinin layihə eskizi Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən təsdiq olunub və 2016-2017-ci illərdə başa çatdırılması planlaşdırılır. Bakı Şəhər İcra Hakimiyyəti son illərdə onlarla məktəb tikib, təhvil verib. Həmin məktəblərdə paytaxtda yaşayan on minlərlə şagird təhsil alır. Paytaxt sakini olaraq o şagirdlərin adından Hacıbala Abutalıbova təşəkkürümü bildirirəm”. Ziya Səccad BAKU.WS

Oxşar xəbərlər

Naxçıvanda növbəti qadağa: tövlələr sökülür

Naxçıvanda növbəti qadağa: tövlələr sökülür

Naxçıvan Muxtar Respublikasında tövlələrin söküntüsünə başlanılıb. BAKU.WS-in məlumatına görə, bu barədə musavat.com-a yerli sakinlər bildiriblər. Məlumata gör...

1743 Hadisə 15:15 01 sentyabr 2015

Son xəbərlər