Metroda qadının çantasından oğurluq edən xanım tutuldu

Metroda qadının çantasından oğurluq edən xanım tutuldu
Hadisə 1504
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə ictimai nəqliyyatda cibgirlik edən şəxs saxlanılıb.DİN-in mətbuat xidmətindən BAKU.WS-ə verilən məlumata görə, aprelin 27-də səhər saatlarında Metropolitendə Polis Şöbəsinə müraciətedən Bakı şəhər sakini Ə.Qurbanova “Koroğlu” stansiyasında çantasından içərisində 111 manat pulu, tələbə bileti və digər sənədləri olan pulqabısının oğurlandığını bildirib.Dərhal əməliyyat-axtarış tədbirlərinə başlayan polis əməkdaşları cinayəti törətməkdə şübhəli bilinən qadının qısa zamanda müəyyən edərək “isti izlər”lə saxlayıblar. Araşdırmalarla onun paytaxt sakini Vüsalə Zeynalzadə olduğu məlum olub.Ətrafında aparılan əməliyyat tədbirləri ilə onun bir gün əvvəl metronun “N.Nərimanov” stansiyasında paytaxt sakini V.Eldarovanın içərisində 100manatı, 2 ədəd yaddaş kartı və sənədləri olan pulqabısını oğurlaması da müəyyən edilib.Saxlanılan şəxsin digər cinayətlərdə də iştirakının olub-olmaması araşdırılır.BAKU.WS

Oxşar xəbərlər

Bakıda 3 oğru saxlanılıb

Bakıda 3 oğru saxlanılıb

Aprelin 5-də Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinə müraciət edən Bakı şəhər sakini İ.Həsənov axşam saatlarında S.S.Axundov küçəsində tanımadığı 3...

862 Hadisə 12:28 07 aprel 2018

Son xəbərlər