Bakıda 3 oğru saxlanılıb

Bakıda 3 oğru saxlanılıb
Hadisə 862
Aprelin 5-də Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinə müraciət edən Bakı şəhər sakini İ.Həsənov axşam saatlarında S.S.Axundov küçəsində tanımadığı 3 nəfərin bıçaq və elektroşokla ona hədə-qorxu gələrək mobil telefonunu aldıqlarını, geri qaytarılması müqabilində 100 manat pul tələb etdiklərini, pulu verə bilmədiyindən isə telefonu götürərək aradan çıxdıqlarını bildirib.DİN-dən BAKU.WS-ə bildirilib ki, polis əməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri ilə cinayəti törətməkdə şübhəli bilinən şəxslər qısa müddətdə müəyyən edilərək “isti izlər”lə saxlanılıblar.Araşdırmalarla onların Lənkaran şəhər sakini Layiq Fərəcli, Şirvan şəhər sakinləri Oqtay Mursalıyev və əvvəllər məhkum olunmuş Şəhriyar Nərimanov olduqları müəyyən edilib.Faktla bağlı araşdırma aparılır.Nihat HÜSEYNZADƏBAKU.WS

Oxşar xəbərlər

Xırdalanda siqaretə görə mağazaya qumbara atdı - ŞOK HADİSƏ

Xırdalanda siqaretə görə mağazaya qumbara atdı - ŞOK HADİSƏ

Xırdalanda mağazaya qumbara atan şəxs saxlanılıb. BAKU.WS-in Daxili İşlər Nazirliyinə istinadla verdiyi məlumata görə, aprelin 1-də gecə saat 2 radələrində Abşe...

2503 Hadisə 11:34 02 aprel 2018

Son xəbərlər