Kürdəmirdə at əti satmaq istəyən şəxs tutulub - FOTO

Kürdəmirdə at əti satmaq istəyən şəxs tutulub - FOTO
Hadisə 2190
 

Kürdəmir rayonunda at əti satmaq istəyən şəxs saxlanılıb.

BAKU.WS APA-ya istinadən xəbər verir ki, rayonun Xınıslı kənd sakini Anar Bağırov özünə məxsus həyətyanı sahədə iki atı kəsərək Kürdəmir rayonunun Yenikənd kənd sakini Tahir Kərimova məxsus "Mercedes” markali avtomobillə satmağa apararkən polis əməkdaşları tərəfindən tutulub.

Rayon Baytarlıq Xidmətinin əməkdaşları müsadirə olunan at ətindən müayinə üçün nümunə götürüblər.

Faktla bağlı rayon Polis Şöbəsi tərəfindən araşdırmalar davam etdirir.

Qeyd edək ki, bu fakt Anar Bağırovun ilk qanunsuz əməli deyil. Belə ki, o bundan əvvəl də at əti satışına görə saxlanılıb. 

BAKU.WS

Oxşar xəbərlər

Azərbaycanda 24 yaşlı qadın boğazı kəsilərək öldürüldü

Azərbaycanda 24 yaşlı qadın boğazı kəsilərək öldürüldü

Tovuzda qadını qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb. BAKU.WS-in APA-ya istinadən məlumatına görə, 24 yaşlı İbrahimova Aytəkin Ədalət qızını boğazı...

1826 Hadisə 22:12 20 sentyabr 2016

Son xəbərlər