Şirvanda avtobus jurnalisti vuraraq öldürdü
25
okt
2017
21:22
Bu gün axşam saatlarında Şirvan şəhərində piyadanın vurularaq ölməsi ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.BAKU.WS Virtualaz.org saytına istinadən xəbər verir ki, “Ədalət” və “Təzadlar” qəzetinin bölgə müxbiri işləmiş 61 yaşlı Səxavət Məmmədli Heydər Əliyev prospektində yolu keçmək istəyərkən, onu Dövlət Neft Şirkətinə məxsus 90-JS-404 dövlət nömrə nişanlı avtobus vurub.Ağır xəsarətlər almış jurnalist Şirvan şəhər Xəstəxanasına çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.Faktla bağlı Şirvan şəhər Prokurorluğunda araşdırmalara başlanılıb.Qeyd edək ki, Səxavət Məmmədli son vaxtlar “Həftə içi” qəzetinin bölgə müxbiri işləyirdi.BAKU.WS
Oxşar xəbərlər
Şirvanda Polis Şöbəsində İNTİHAR
Şirvan şəhər Polis Şöbəsinin saxlanma yerində intihar hadisəsi baş verib.BAKU.WS APA-ya istinadən xəbər verir ki, bir gün əvvəl həmyerlisini bıçaqladığı üçün sa...