Azərbaycanda maşın "Qanlı dərə"yə aşdı: sürücünün vəziyyəti ağırdır (FOTO)
Şirvanda yol qəzası olub. Qəzada sürücü kəllə-beyin travması alıb.
APA-nın məlumatına görə, hadisə səhər saatlarında Şirvan-Salyan magistralında Hacıqəhrəmanlı qəsəbəsinin ərazisində baş verib.
Salyan rayonunun Arxarası kənd sakini, 1980-ci il təvəllüdlü İsmayılov Teymur İbrahim oğlunun idarə etdiyi "Lada Priora” markalı "99 GD 997" dövlət nömrə nişanlı avtomobil yoldan çıxaraq "Qanlı dərə” adlanan yerə aşıb. Nəticədə sürücü kəllə-beyin travması ilə ağır vəziyyətdə Şirvan şəhər xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.
Faktla bağlı Şirvan Polis Şöbəsində araşdırma aparılır.
BAKU.WS
Oxşar xəbərlər
Quba-Xınalıq yolunda dəhşətli qəza: Ata öldü 10 yaşlı uşaq ortalıqda qaldı
Quba-Xınalıq yolunda ağır yol qəzası baş verib. 60 metr hündürlükdən dərəyə aşan maşında 10 yaşlı uşaq da olub. BAKU.WS "ARB Şimal”a istinadən xəbər verir ki,...