Pensiyaçıların pulunu oğurlayan 27 yaşlı gənc həbs edildi (VİDEO)
22
avq
2017
13:15
Şirvanda pensiyaçıları aldadaraq bankomatlardan pul çəkən 27 yaşlı şəxs saxlanılıb. ARB TV-dən BAKU.WS-ə verilən məlumata əsasən, vətəndaşların müraciəti əsasında Şirvan polisi əməliyyat tədbirləri həyata keçirib. Məlum olub ki, pensiyaçıların etibarından sui-istifadə edərək onlara məxsus ayrı-ayrılıqda 120 və 222 manatı mənimsəyən şəxs əvvəllər məhkum olunmuş Şirvan sakini, 27 yaşlı Füzuli Nəcəfovdur. Saxlanılan şəxs barəsində Şirvan şəhər məhkəməsi 3 ay müddətinə həbs-qətiimkan tədbiri seçib. Faktla bağlı Şirvan şəhər polis şöbəsində araşdırma aparılır. BAKU.WS
Oxşar xəbərlər
Narkobaron ailə həbs olundu - VİDEO
Şirvanda heroinin satışı ilə məşğul olan ata, oğul və qadın saxlanılıb. BAKU.WS APA-ya istinadən xəbər verir ki, Şirvan polis şöbəsinin keçirdikləri əməliyyat...