Şirvanda Polis Şöbəsində İNTİHAR
07
sen
2017
19:26
Şirvan şəhər Polis Şöbəsinin saxlanma yerində intihar hadisəsi baş verib.BAKU.WS APA-ya istinadən xəbər verir ki, bir gün əvvəl həmyerlisini bıçaqladığı üçün saxlanılan Şirvan sakini, 1989-cu il təvəllüdlü Həmidov Vüqar Məhərrəm oğlu saxlanma yerində özünə qəsd edib.İntiharın hansı şəraitdə baş verdiyi və səbəbi hüquq-mühafizə orqanları tərəfindən araşdırılır.Qeyd edək ki, Vüqar Həmidov münaqişə zəminində həmyerlisi, 1968-ci il təvəllüdlü Məmmədov Musa Hüseynağa oğlunu bıçaqlayıb. M. Məmmədov Şirvan şəhər xəstəxanasına yerləşdirilərək əməliyyat olunub. Münaqişəyə səbəb M.Məmmədovla V.Həmidovun qardaşı, 1985-ci il təvəllüdlü Həmidov İlqar Məhərrəm oğlu arasında baş verən əlbəyaxa dava zamanı onu dəmir linglə vurması olub.Sonuncu da xəsarətlərlə Şirvan şəhər xəstəxanasına yerləşdirilib.BAKU.WS
Oxşar xəbərlər
Göyçayda müəllim özünü asdı - Direktorun bacısı oğludur
Göyçay şəhər Dövlət İdarəetmə və Texnologiya Kollecinin müəllimi intihar edib.BAKU.WS APA-ya istinadən xəbər verir ki, 1984-cü il təvəllüdlü Həmidov Hüseyn Maar...