Gürcüstanda 19 yaşlı azərbaycanlı gənc qətlə yetirilib
01
fev
2019
21:12
Gürcüstanın Telavi rayonunun azərbaycanlılar yaşayan Qaracalar kəndində 19 yaşlı gənc odlu silahla qətlə yetirilib.BAKU.WS “Report”un Gürcüstan bürosu xəbər verir ki, hadisə kənd məscidinin yaxınlığında baş verib.Gəncə bir neçə dəfə atəş açılıb və o, hadisə yerində ölüb.Kənd sakinlərinin bildirdiyinə görə, gəncin qətlinə səbəb qisas olub.Gürcüstanın Daxili İşlər Nazirliyində qəsdən adamöldürmə maddəsi üzrə cinayət işi açılıb, istintaq aparılır. BAKU.WS
Oxşar xəbərlər
Bakıda qətlə yetirilən iş adamı keçmiş MTN-çi olub
Ləğv edilmiş Milli Təhlüksizlik Nazirliyinin sabiq əməkdaşı Xətai rayonunda odlu silahla qətlə yetirilib.BAKU.WS xəbər verir ki, bu barədə “Sputnik Azərbaycan”a...