15 yaşlı oğlanı qətlə yetirərək qaçan çoban saxlanılıb

15 yaşlı oğlanı qətlə yetirərək qaçan çoban saxlanılıb
Hadisə 1252
Füzuli rayonunun Böyük Bəhmənli kəndində fermada 15 yaşlı Tumas Musayevi odlu silahla qətlə yetirən Əli Məmmədov hadisədən sonra qacıb gizlənib.BAKU.WS “report”a istinadən xəbər verir ki, kecirilən əməliyyat-axtarış tədbirləri nəticəsində çobanın yeri müəyyən edilərək saxlanıb. Ə.Məmmədov istintaqa təvil verilib.Onun barəsində rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120-ci (Qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, istintaq aparılır.Füzuli rayonunda baş verən dəhşətli qətlin bəzi təfərrüatı məlum olub.Rayonun Böyük Bəhmənli kəndində odlu silahla qətlə yetirilən Tumas Musayevin atasi Elçin Musayev “Report”un Qarabağ bürosuna bildirib ki, cinayət hadisəsi onun şəxsi fermasında ötən gün axşam baş verib. Özü Bakı şəhərində olduğu üçün övladı T.Musayev fermaya gedərək çobana yemək aparıb. Bir aya yaxındır ki, fermada çoban işləyən Əli Məmmədov qonşu kənddən gəlib. O, bundan əvvəl də başqa fermalarda çoban işləyib, normal insan olub. Hadisənin törədildiyi odlu silah isə onun özünə məxsus olub. E.Musayev silahı fermada heyvanları yırtıcılardan qorumaq üçün saxladığını bildirib.Faktla bağlı rayon prokurorluğunda araşdırmalar davam etdirilir.BAKU.WS

Son xəbərlər