Gürcüstanda 65 yaşlı azərbaycanlı qadının başı kəsilib

Gürcüstanda 65 yaşlı azərbaycanlı qadının başı kəsilib
Hadisə 1013
Gürcüstanın Marneuli rayonunun Kirovka kəndində 65 yaşlı Bəsti Məmmədova qətlə yetirilib.Bu barədə “Report”un Gürcüstan bürosuna kənd sakinləri məlumat veriblər.B.Məmmədovanın meyiti bu gün səhər saatlarında yaşadığı evin zirzəmisində başı kəsilmiş halda aşkar olunub. Zirzəmidə meyitin basdırılması üçün qəbir də qazılıb.Qətlin beş gün öncə törədildiyi məlum olub. B.Məmmədovanı öz qardaşı oğlu Nicat Məmmədov qətlə yetirib. Hadisənin səbəbi məlum deyil.N.Məmmədovun çoban olduğu və əvvəllər məhkumluq həyatı yaşadığı bildirilib.Gürcüstan Daxili İşlər Nazirliyində qəsdən adamöldürmə maddəsi ilə cinayət işi açılıb. Qətl törədən şəxsin saxlanılması istiqamətində tədbirlər həyata keçirilir.BAKU.WS

Oxşar xəbərlər

Azərbaycanda kriminal avtoritet başından güllələndi

Azərbaycanda kriminal avtoritet başından güllələndi

Saatlı rayonunun Azadakənd kəndində kriminal avtoritet kimi tanınan şəxs tapança ilə güllələnərək qətlə yetirilib.“Report”un Mil-Muğan bürosunun məlumatına görə...

5601 Hadisə 09:48 25 noyabr 2018

Son xəbərlər