Azərbaycanda kriminal avtoritet başından güllələndi
25
noy
2018
09:48
Saatlı rayonunun Azadakənd kəndində kriminal avtoritet kimi tanınan şəxs tapança ilə güllələnərək qətlə yetirilib.“Report”un Mil-Muğan bürosunun məlumatına görə, 1967-ci il təvəllüdlü kən sakini Əkbərov Oktay Saleh oğlunun başında 2 güllə yarası olan meyiti ona məxsus BMW markalı avtomobildə aşkar edilib.Meyit müayinə olunmaq üçün Sabirabad morquna təhvil verilib.Onun kim tərəfindən qətlə yetirildiyi məlum deyil.Adıçəkilən şəxsin dəfələrlə məhkumluq həyatı yaşadığı qeyd olunur.Faktla bağlı Saatlı Rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.Bundan əvvəl Cəlilabadda silahlı insidentə görə saxlanılan kriminal avtoritetin həbs müddəti uzadılıb.BAKU.WS
Oxşar xəbərlər
Sələmçi qadını öldürdülər - Azərbaycanda cinayət
Sumqayıtda 67 yaşlı qadın qətlə yetirilib.BAKU.WS “report”a istinadən xəbər verir ki, hadisə şəhərin Hacı Zeynalabidin qəsəbəsində qeydə alınıb.Belə ki, Sumqayı...