Sələmçi qadını öldürdülər - Azərbaycanda cinayət

13
sen
2018
17:44
Sumqayıtda 67 yaşlı qadın qətlə yetirilib.BAKU.WS “report”a istinadən xəbər verir ki, hadisə şəhərin Hacı Zeynalabidin qəsəbəsində qeydə alınıb.Belə ki, Sumqayıt şəhər sakini, 1951-ci il təvəllüdlü Minayə Həsənli öz yaşadığı mənzildə naməlum şəxs və ya şəxslər tərəfindən 10 bıçaq zərbəsi ilə qətlə yetirilib. Onun meyiti müayinə olunmaq üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Sumqayıt şəhər şöbəsinə yerləşdirilib.Qeyd edək ki, öldürülən qadının Sumqayıtda sələmçiliklə məşğul olduğu bildirilir.Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda cinayət işi başlanılıb, araşdırma aparılır.BAKU.WS

Oxşar xəbərlər
Bakıda gənc oğlan ürəyindən bıçaqlanaraq qətlə yetirilib
Bakıda gənc oğlan ürəyindən qətlə yetirilib.BAKU.WS "report"a istinadən xəbər verir ki, hadisə Nəsimi rayonunda baş verib.Ötən gün gecə saatlarında "3-cü mikror...