Gürcüstanda Azərbaycan vətəndaşı qətlə yetirilib

18
fev
2018
13:21
Gürcüstanın Qurcaani bələdiyyəsinin Cimiti kəndində yerləşən ferma ərazisində Azərbaycan vətəndaşı ov tüfəngi ilə qətlə yetirilib.APA-nın Gürcüstan bürosunun məlumatına əsasən, silahlı insidentə mübahisə səbəb olub. Qarın nahiyəsindən yaralanan Azərbaycan vətəndaşı xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.Qətli törətmiş şəxsin Azərbaycan vətəndaşının qohumu olduğu bildirilir. O, hadisə yerindən qaçsa da, bir neçə saatdan sonra saxlanılıb. Onu 7 ildən 15 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.BAKU.WS
Oxşar xəbərlər
Azərbaycanda ağır cinayət törətmiş şəxs Gürcüstanda saxlanılıb
Ötən gecə Gürcüstanın Kaxeti bölgəsində Azərbaycan vətəndaşı saxlanılıb.APA-nın yerli bürosu Gürcüstanın Daxili İşlər Nazirliyinə (DİN) istinadla xəbər verir ki...
