Bakıda qatardan qaçan məhkumlardan biri məşhur "avtoritet"dir

Bakıda qatardan qaçan məhkumlardan biri məşhur avtoritetdir
Hadisə 4040
Xəbər verdiyimiz kimi, Bakıdan Şirvana etap olunan məhkumlardan ikisi qaçıb. Qatardan qaçan məhbuslar – 1980-cı il təvəllüdlü Etibar Ələkbər oğlu Məmmədov və 1983-cü il təvəllüdlü Əli Rasim oğlu Ağamidir.BAKU.WS-in unikal.org-a istinadən verdiyi məlumata görə, qatardan qaçan 1983-cü il təvəllüdlü Əli Rasim oğlu Ağami kriminal aləmin üzvlərindəndir.Belə ki, 2015-ci ildə Şirvanda kriminal "razborka" zamanı bir nəfəri güllələyib. 2015-ci il noyabrın 5-də gecə saat 23.00 radələrində Heydər Əliyev prospekti ilə Taleh Ələkbərov küçəsinin kəsişməsində yerləşən kafedə kriminal aləmin üzvlərinin mübahisəsi zəminində 1983-cü il təvəllüdlü Nəciyev Elvin Zamanəli oğlu və 1990-cı il təvəllüdlü Sarıbalayev Zaur Vəfadar oğlu tapançadan ürək nahiyəsindən açılan atəşlə qətlə yetirilib.Belə ki, kafenin otağında Elvin Nəciyev "Makarov" tipli tapançadan Zaur Sarıbalayevə atəş açıb. O, aldığı güllə yarasından hadisə yerində ölüb. Şirvan sakini Əli Ağami isə "Makarov" tipli tapançadan açılan atəşlə Elvin Nəciyevi yaralayıb. Sonuncu Şirvan şəhər xəstəxanasına çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.Onu da qeyd edək ki, Şirvan şəhər sakinləri - qətli törədən 1989-cu il təvəllüdlü Ağami Əli Rasim oğlu Samur sərhəd-keçid məntəqəsini yeni pasportla keçərkən saxlanılıb. Belə ki, həmin pasportda onun ad və soyadı Ağami (anasının qızlıq soyadı) Əli Rasim oğlu, əvvəlki ad və soyadı isə Abdulla Hüseynov olub. O da məlum olub ki, cinayətdə istifadə olunan "Makarov" tapançasını Əli Ağamiyə silahlı insidentlə əlaqədar saxlanılan Tural Salmanov verib.BAKU.WS

Oxşar xəbərlər

Bakı-Şamaxı yolunda iki avtomobil toqquşub: 7 yaralı

Bakı-Şamaxı yolunda iki avtomobil toqquşub: 7 yaralı

Bakı-Şamaxı yolunda 7 nəfərin ağır xəsarət alması ilə nəticələnən avtomobil qəzası baş verib.BAKU.WS APA-ya istinadən xəbər verir ki, hadisə bu gün saat 17:00 r...

1907 Hadisə 18:35 12 oktyabr 2017

Son xəbərlər