Azərbaycanda ŞOK: qadın 17 yaşlı oğlu ilə əlbir olub, ərini öldürdü

Azərbaycanda ŞOK: qadın 17 yaşlı oğlu ilə əlbir olub, ərini öldürdü
Hadisə 2755
Ağsu rayonunda qətl törədilib.APA-nın yerli bürosunun verdiyi məlumata görə, rayonun Gəgəli kəndində 1970-ci ilk təvəllüdlü Şamıyev Şamxal İkram oğlu ailə münaqişəsi zəminində öldürülüb. Bildirilir ki, onu arvadı, 1976-cı il təvəllüdlü Şamıyeva Xalidə İkram qızı və oğlu, 2000-ci il təvəllüdlü Zeynal Şamıyev birlikdə qətlə yetirib. Ana və oğlu əvvəlcə onun əl-qolunu bağlayıblar, sonra balta ilə bədəninin müxtəlif yerlərinə vurublar. Nəticədə kişi aldığı xəsarətdən ölüb. Hadisə törədən ana və oğlu polisə könüllü təslim olublar.Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədirlər.BAKU.WS

Oxşar xəbərlər

Azərbaycanda ər arvadını döyə-döyə öldürdü

Azərbaycanda ər arvadını döyə-döyə öldürdü

Gədəbəydə qətl olub. BAKU.WS-in APA-ya istinadən verdiyi məlumata görə, hadisə rayonun Zəhmət kəndində qeydə alınıb. Kənd sakini 1983-cü il təvəllüdlü Allahve...

4970 Hadisə 21:26 05 fevral 2017

Son xəbərlər