Bakıda toyda adam öldürüldü

Bakıda toyda adam öldürüldü
Hadisə 3162

 

Bakıda toy mərasimində qətl törədilib.

Qaradağ rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, rayonun Qobustan qəsəbəsindəki "Qobustan” şadlıq evində keçirilən mərasimə qonaq kimi dəvət olunmuş 1989-cu il təvəllüdlü Vüsal Ağa oğlu Nemətov aralarında yaranmış şəxsi münaqişə zəminində 1979-cu il təvəllüdlü Fəxri Kamal oğlu Kərimovu bıçaqlayıb. F. Kərimov aldığı xəsarətdən hadisə yerində ölüb. V. Nemətov saxlanılıb.

Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir.

BAKU.WS

Oxşar xəbərlər

Bakıda 22 yaşlı qız mağazada tanışı tərəfindən öldürüldü

Bakıda 22 yaşlı qız mağazada tanışı tərəfindən öldürüldü

Bakıda qətl törədilib. Nəsimi Rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, hadisə rayon ərazisində yerləşən mağazalardan birində qeydə alınıb. Bakı şə...

2017 Hadisə 10:00 04 iyul 2016

Son xəbərlər