Astarada ər və arvadı sakitləşdirmək istəyən qonşu öldürüldü - FOTO (YENİLƏNİB)
14
sen
2017
23:31
Bu gün axşam saatlarında Astara rayonunun Ərçivan kəndində törədilən qətl hadisəsinin təfərrüatları məlum olub.BAKU.WS "Report"a istinadən bildirir ki, hadisə ailə münaqişəsi zəminində baş verib.Yerli sakinlərin bildirdiklərinə görə, 1969-cu il təvəllüdlü Rəhimov Əfqan Tariel oğlu ailə münaqişəsi zəminində 1968-ci il təvəllüdlü həyat yoldaşı Rəhimova xanım Yədullah qızı ilə mübahisə edib. Bu zaman səsə qonşuluqda yaşayan 1985-ci il təvəllüdlü Kərimov Ağarəhim Əbdülrəhim oğlu gəlib. Gənc oğlan ər və arvadı sakitləşdirmək istəyərkən kişi əvvəlcə qadını, daha sonra Ə.Rəhimovu bıçaqlayıb.Yaralıların hər ikisi Astara Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, döş qəfəsindən vurulan A.Kərimovun həyatını xilas etmək mümkün olmayıb.Polis tərəfindən aparılan əməliyyat tədbirləri nəticəsində qətli törədən şəxs saxlanılıb.***Astarada 32 yaşlı kişi qətlə yetirilib.BAKU.WS APA-ya istinadən xəbər verir ki, hadisə Astaranın Ərçivan qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini 1985-ci il təvəllüdlü Ağarəhim Abdulrəhim oğlu Kərimov həmkəndlisi Əfqan adlı şəxs tərəfindən bıçaqlanıb. Dərhal yaralı Astara Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Əməliyyata götürülən A.Kərimov həkimlərin səyinə baxmayaraq keçinib. Hadisəni törədən şəxsin saxlanıldığı deyilir.Fakt araşdırılır.BAKU.WS
Oxşar xəbərlər
Masallıda “SHACMAN” motosikletlə toqquşub, ölən var
Masallıda yük maşını motosikletlə toqquşub, bir nəfər ölüb.BAKU.WS APA-ya istinadən xəbər verir ki, hadisə Ələt-Astara yolunun Sərçuvar kəndi ərazisindən keçən...