“Günün Yekunu” - 29 iyun 2019
29
iyn
2019
17:52
Ölkə gündəminin qısa xülasəsini öyrənmək üçün hər gün saytımızda “Günün Yekunu” adlı xəbər blokumuzu izləyə bilərsiniz.BAKU.WS xəbər verir ki, bu gündən Bakı metropolitenində qatarlarının hərəkət qrafikində dəyişikliklər edilib.Qurumun sədri Zaur Hüseynovun əmrinə əsasən, iyul ayının 1-dən metropolitendə qatarların hərəkəti yay qrafikinə keçiriləcək.
Xəbərlə daha ətraflı bu linkdən tanış ola bilərsiz - https://baku.ws/social/65104-baki-metrosunda-yay-deyshkly.htmlDigər əhəmiyyətli hadisələrdən biri də Bakı Şəhər İcra Hakimiyyətinin inzibati binası təmir olunması ilə bağlı yayılan xəbərdir.
Tender binanın əsaslı təmir-bərpa işlərinin layihə-smeta sənədlərinin hazırlanmasının satın alınması məqsədilə elan edilib.Təmir-bərpa işlərini həyata keçirəcək şirkət qarşısında tarixi binanın xarici və daxili görünüşünə xələl gətirilməməsi əsas tələb kimi qoyulub.Bu xəbərlər daha ətraflı bu linkdə tanış ola bilərsiz - https://baku.ws/social/65111-baki-cra-hakimiyyetinin-binasi-temir-olunacaq.htmlBu gün Mingəçevir Su Elektrik Stansiyasında baş verən qəza da, ölkə üçün önəmli xəbərlərdəndir.
Qeyd edək ki, bu gün saat 11 radələrində Mingəçevir Su Elektrik Stansiyasında tüstülənmə baş verib. Xırda texniki hadisə olub. Heç bir ciddi müdaxiləyə ehtiyac olmayıb. Hadisənin qarşısı dərhal alınıb. Problem aradan qaldırılıbBu xəbərlə də təqdim etdiyimiz linkdən ətraflı məlumat ala bilərsiz - https://baku.ws/hot_news/65110-mingechevir-ses-de-qeza.html
Prezident İlham Əliyev Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin bir qrup əməkdaşının təltif edilməsi haqqında sərəncam imzalayıb. Sənədə əsasən, Cinayətkarlığa qarşı mübarizədə, ictimai asayişin mühafizəsində, beynəlxalq əhəmiyyətli kütləvi tədbirlər zamanı ictimai təhlükəsizliyin təmin edilməsində və xüsusi tapşırıqların yerinə yetirilməsində fərqləndiklərinə görə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin aşağıdakı əməkdaşları təltif edilib: https://baku.ws/politics/65121
Tanınmış meyxana ustası Mehman Əhmədli avtomobil qəzasına düşüb. Hadisa Rusiaynın Sankt-Peterburq şəhərində baş verib.Meyxanaçının olduğu "BMW X-6" markalı avtomobil idarəetməni itirərək yolun kənarındakı baryerə çırpılıb. Hadisə zamanı meyxanaçı başından xısarət alıb. Daha ətraflı: https://baku.ws/incident/65122 Ziya SƏCCAD
Oxşar xəbərlər
Bakı İcra Hakimiyyətinin binası təmir olunacaq
Bakı Şəhər İcra Hakimiyyətinin inzibati binası təmir olunacaq.BAKU.WS “oxu.az”a istinadən xəbər verir ki, tender binanın əsaslı təmir-bərpa işlərinin layihə-sme...