Giləzidəki silah anbarındakı güclü partlayışda ermənilərin əli var? (RƏSMİ CAVAB)
02
sen
2017
10:04
Ermənistan xüsusi xidmət orqanlarının dezinformatorları ancaq erməni cəmiyyətini aldada bilər.Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən BAKU.WS-in sorğusuna cavab olaraq bildirilib.Qeyd olunub ki, son günlər erməni xüsusi xidmət orqanlarının dezinformatorları Azərbaycan Ordusu barədə bir-birinin ardınca müxtəlif məzmunlu uydurma "əhvalatlar", yaxud "sənədlər" hazırlayıb kütləvi informasiya vasitələrinə ötürürlər:"Ermənistan KİV-lərində yayılmış növbəti uydurmadan da xəbərdarıq. Bu cür primitiv saxtakarlığı, həqiqətlə hər hansı bağlılığı olmayan iyrənc yalanı şərh etmək istəmirik. Ermənistan xüsusi xidmət orqanlarının dezinformatorları bu cür uydurmaları yaymaqla ancaq erməni cəmiyyətini aldada bilər".Qeyd edək ki, son günlər erməni xüsusi xidmət orqanlarının dezinformatorları Azərbaycan Ordusu barədə bir birinin ardınca müxtəlif məzmunlu uydurma "əhvalatlar", yaxud "sənədlər" hazırlayıb KİV-lərə ötürürlər. Onlardan biri bundan ibarətdir ki, guya Giləzidə sursat anbarında baş vermiş partlayışda ermənilərin rolu var.BAKU.WS
Oxşar xəbərlər
Müdafiə Nazirliyi: Ermənistan yalan məlumatlar yayır
Azərbaycanın Müdafiə Nazirliyi ordumuzun itki verməsi haqda Ermənistan KİV-lərində yayılan məlumatları əsassız adlandırıb. Müdafiə Nazirliyinin mətbuat xidmət...