FHN əməliyyat görüntüləri yayıb
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhərinin Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində yerləşən çoxmərtəbəli yaşayış binasında azyaşlının mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.
BAKU.WS FHN-ə istinadən xəbər verir ki, məlumatla əlaqədar dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri çağırış üzrə cəlb olunub. Xilasedicilər alpinist ləvazimatlarının köməyi ilə doqquzmərtəbəli yaşayış binasının 5-ci mərtəbəsində yerləşən mənzilə eyvandan daxil olaraq evdə yatmış vəziyyətdə aşkarlanmış 2011-ci il təvəllüdlü yeniyetməni valideynlərinə təhvil veriblər.
Oxşar xəbərlər
"Başını kəsmişdi, saçları üzünə tökülmüşdü" - Şəhanənin qətlə yetirildiyi evdən görüntülər
Sumqayıtın Corat qəsəbəsində ərinin həyat yoldaşını qətlə yetirməsi ilə bağlı hadisənin bəzi təfərrüatı məlum olub. BAKU.WS "Azad Azərbaycan" (ATV) telekanalına...