Deputatın faciəvi şəkildə ölən oğlu ilə bağlı YENİ FAKTLAR
24
yan
2019
12:18
Milli Məclisin deputatı, iş adamı Əsabil Qasımovun dünən İsveçrədə qış turizm mərkəzində xizək sürərkən vəfat edən oğlu 29 yaşlı Elçin Qasımovun nəşinin Azərbaycana gətirilməsi istiqamətində iş görülür.BAKU.WS publika.az-a istinadən xəbər verir ki, millət vəkilinin oğlunun nəşinin Azərbaycana gətirilməsi üçün aidiyyəti qurumlarla iş aparılır. Artıq Əsabil Qasımovun böyük oğlu Taleh Qasımov cənazənin gətirilməsi üçün İsveçrəyə yola düşüb.Bildirilir ki, Elçin Qasımov bir neçə gün əvvəl Avropa ölkələrinə səyahətə çıxıb və İsveçrədə Alp dağlarında xizək sürərkən bədbəxt hadisə ilə üzləşib. O, atasının sahibi olduğu və baş ofisi Murtuza Muxtarov küçəsində yerləşən "Karat Holding"də şöbə müdiri vəzifəsində çalışırmış.Qeyd edək ki, Əsabil Qasımov 79 saylı İmişli seçki dairəsindən deputat seçilib. O, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvüdür.BAKU.WS
Oxşar xəbərlər
Azərbaycanlı deputata ağır itki - Oğlu İsveçrədə faciəli şəkildə dünyasını dəyişdi
Milli Məclisin deputatı Əsabil Qasımovun oğlu faciəli şəkildə dünyasını dəyişib.BAKU.WS-in Qafqazinfo-ya istinadən verdiyi məlumata görə, deputatın 29 yaşlı oğl...