Deputat narazı sakinlərə un, cücə yemi payladı
Ötən gün İmişli rayonunda 500 nəfərə un, cücə yemi və vermişel paylanıb.
Bu barədə rayon sakinləri BAKU.WS-ə məlumat veriblər. Bildirilib ki, aksiya rayon üzrə seçilmiş millət vəkili Əsabil Qasımov tərəfindən keçirilib. Verilən məlumata görə, rayon sakinləri ərzağın bahalaşmasına etiraz ediblər. Sakinlər işsiz olduqlarını bildiriblər və kömək istəyiblər. Etirazlardan sonra millət vəkilinin təşəbbüsü ilə əhaliyə ərzaq paylanıb. Ərzaqlar əsasən Məzrəli, Aranlı və bir neçə digər kənd sakininə verilib. Qeyd edək ki, İmişli rayonunda fəaliyyət göstərən "Karmen” Makaron Fabrikinin Əsabil Qasımova məxsus olduğu bildirilir. BAKU.WS
Oxşar xəbərlər
Bəzi rayonlarda keçirilən aksiyalarla bağlı rəsmi açıqlama
Ağsu rayonunda yerli sakinlər tərəfindən etiraz aksiyası keçirilməyib. BAKU.WS-in APA-ya istinadən verdiyi məlumata görə, rayon İcra Hakimiyyəti başçısının bir...