Alim Qasımov oğlunun gözünün çıxarılması xəbərindən danışdı

Alim Qasımov oğlunun gözünün çıxarılması xəbərindən danışdı
Hadisə 10079

"Kütləvi İnformasiya vasitələrində oğlumla bağlı yayılan xəbərlərin heç bir əsası yoxdur”.

Bunu BAKU.WS-ə xalq artisti Alim Qasımov deyib. O bildirib ki, oğlunun gözü KİV-də yayıldığı kimi toyda deyil, iş yerində yüngül xəsarət alıb.

"Qadir iş yerində məftili çəkərkən gözünə dəyib. İndi evdədi, gözünə hər ehtimala qarşı dərman tökürük. Hər şey qaydasındadır”, - deyə xalq artisti bildirib.

Xatırladaq ki, KİV-də xəbər yayılmışdı ki, iyulun 8-i, axşam saatlarında yaxın qohumlarının toyaxşamına yığışan Qasımovlar ailəsində dəhşətli hadisə yaşanıb. Belə ki, qohumlar arasında dava düşüb. Bu vaxt Alim Qasımovun oğlu Qadir Qasımov da hadisə yerində olub. Mübahisə zamanı araya girən Qadir Qasımovu atasının əmisi nəvəsi gözündən vurub. Aldığı zərbə nəticəsində bir gözündən ciddi xəsarət aldığı bildirilirdi. Alim Qasımovun oğlunun bu günlərdə əməliyyat üçün Türkiyəyə aparılacağı bildirilirdi.

BAKU.WS

Oxşar xəbərlər

Alim Qasımov nəvəsi ilə səhnədə - VİDEO

Alim Qasımov nəvəsi ilə səhnədə - VİDEO

Xalq artisti Alim Qasımovun qızı, əməkdar artist Fərqanə Qasımova atasının 60 illik yubileyi münasibətilə konsert verib. Axşam.az-ın məlumatına görə, "Lider M...

2665 Şou-biznes 13:30 29 may 2017

Son xəbərlər