Alim Qasımov xanımı və nəvəsi ilə (VİDEO)

Alim Qasımov xanımı və nəvəsi ilə (VİDEO)
Video
Şou-biznes 2706

Xalq artisti Alim Qasımov 3 yaşlı nəvəsindən danışıb. 

Axşam.az-ın məlumatına görə, muğam ifaçısı ARB TV-nin "Gəlin danışaq" verilişində Alimin oxumağı çox sevdiyini deyib:

"Nəvəm də oxumağa başlayacaq. İkinci Alim Qasımovdur. Harada mikrofon görür, götürür. Konsertlərə görə nəvələrimlə yaxşı ünsiyyət qura bilmirəm, yadlaşmışam. Onun mənim sənətimi davam etdirib-etdirməməsinə gəldikdə isə... Əgər pis oxuyacaqsa, heç davamçım olmasın. Bizdə hamı Fərqanə (qızı, əməkdar artist Fərqanə Qasımova - red.) kimi ola bilməz axı".

A.Qasımov ailə üzvlərinin onun sənətinə münasibətindən söz açıb:

"Çoxu tənqidşünasdır, jürilik edirlər (gülür). Gəlinim, oğlum, elə yoldaşımın özü münsifdir. İşimiz çox çətindir, hər şeyi asan bəyənmirlər. Onların məsləhətlərini dinləyirəm. Bizi ailəmiz tənqid edə bilər. Yad çəkinər ki, birdən inciyərik".

BAKU.WS

Oxşar xəbərlər

Alim Qasımovun qızı Brüs Linin məzarı başında (FOTO)

Alim Qasımovun qızı Brüs Linin məzarı başında (FOTO)

Atası Alim Qasımovla ABŞ-da qastrol səfərində olan xanəndə Fərqanə Qasımova tanınmış aktyor Brüs Linin məzarını ziyarət edib. Axşam.az xəbər verir ki, xanəndə...

4102 Şou-biznes 11:46 09 oktyabr 2016

Son xəbərlər