Muğam ifaçılarımızdan Larisa Dolinaya sərt cavab: "Donuz əti yeyən dədəsilə qələt eləyir"

Muğam ifaçılarımızdan Larisa Dolinaya sərt cavab: Donuz əti yeyən dədəsilə qələt eləyir
Şou-biznes 2694

 

Azərbaycanın muğam ifaçıları Rusiyanın "Rossiya 1” telekanalında yayımlanan "Odin v odin” proqramında Azərbaycan muğamının erməni musiqisi kimi təqdim olunmasına sərt reaksiya verib.

BAKU.WS məlumat verir ki, xalq artisti, dünya şöhrətli sənətkar Alim Qasımov AzNews.az-a açıqlamasında Larisa Dolinanın bu məsələdə haqsız olduğunu bildirib:

"Bu məsələdə ermənilər haqlı deyil. Muğam şərq dünyasına məxsusdur. Hər ölkə də bunu özünəməxsus şəkildə ifa edir. "Muğam ermənilərə məxsusdur” sözü kökündən səhvdir. Onların deməyi ilə deyil ki... Tarix var, faktlar var. Muğam hansı ildən bizə gəlib, qədimliyi nə qədərdir. Biz əlbəttə ki, onlara cavab verməliyik. Şərq dünyasında Azərbaycan muğamının kökü və qəlblərə oxşayan rəngi var. Sadəcə olaraq muğamımıza yiyələnmək istəyirlər, amma ortaya məqsəd qoymaq və bunu etmələrinə imkan verməmək lazımdır”.

Əməkdar müəllim Qəzənfər Abbasov isə bildirib ki, ermənilər min il də bundan sonra muğam oxuya bilməz:

"Larisa donuz əti yeyən dədəsilə birgə qələt eləyir. Muğam ifa etmək üçün bunun ölçüsünü bilmək lazımdır və əruz vəznində qəzəl oxunmalıdır. O da nə ermənidə, nə də rusda var. Hansı erməni muğam ifaçısı var? Onlar qıcıq vermək üçün belə edirlər. Oxuyan erməni də türk və azərbaycanlılardan törəmədir. Onlar min il keçsə də, yenə muğam oxuya bilməyəcəklər”.

Xatırladaq ki, Rusiyanın "Rossiya 1” telekanalında yayımlanan "Odin v odin” proqramında Azərbaycan muğamı erməni musiqisi kimi təqdim olunub. Həmin şouda münsiflər heyətində əyləşən və əslən Bakıdan olan müğənni Larisa Dolina iştirakçılardan biri Aleksey Çumakovun ifasına münasibət bildirərəkən muğamın ən yaxşı ifaçılarının ermənilər olduğunu iddia edib.

BAKU.WS

Oxşar xəbərlər

Son xəbərlər