Bakılı müğənni: "Ermənilər muğamı daha yaxşı oxuyur" (VİDEO)
Rusiyanın "Rossiya 1" telekanalında yayımlanan "Odin v odin" proqramında Azərbaycan muğamı erməni musiqisi kimi təqdim olunub.
BAKU.WS anspress-ə istinadən məlumatına görə, şouda münsiflər heyətində əyləşən bakılı müğənni Larisa Dolina iştirakçılardan biri Aleksey Çumakovun ifasına münasibət bildirərkən muğamın ən yaxşı ifaçılarının ermənilər olduğunu iddia edib.
"Muğam ifa etmək inanılmaz çətindir. Çox nadir insanlar bunu bacarır. Çoxları öyrənir, amma yenə də onlarda alınmır. Bu, səndə necə alınır?.. Məsələ tembrdə deyil, ifadadır. Yalnız ermənilər yaxşı bacarır. Azərbaycanlılar da muğamı çox yaxşı oxuyur", - deyə Larisa Dolina bildirib. Həmin məqam videonun 1:00:01 dəqiqəsindən 1:06:15-ə qədər olan hissəsində yer alıb.
BAKU.WS
Oxşar xəbərlər
Ermənistanda yaşayan köhnə bakılı Artur: “Həyatda qaldığıma görə azərbaycanlı həkimə borcluyam” (EKSKLÜZİV)
"Ermənilərlə azərbaycanlılar, sadə xalq arasında heç bir problem olmayıb. Biz dost olmuşuq və indi də yaşlı nəsil bu dostluğu davam etdirir”. Bu sözləri Erməni...